Dərc edilib: 08-03-2021

https://www.nuh.az/28129-.html

Dəhşətli qəza Milli Məclisin DEPUTATI ÖLDÜ

08.03.2021 01:16:42

LIVE

Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası olub. 

“Europe 1” radiostansiyasına istinadən xəbər verir. KİV-in məlumatına görə, helikopter Tuk kommunası ərazisinə düşüb. Hadisə nəticəsində Fransa Milli Məclisinin deputatı, milyarder Olivye Dasso həlak olub.

Onun 60 yaşı varmış. Qəza zamanı həmçinin helikopterin pilotu da həlak olub. Fransa prezidenti Emmanuel Makron həlak olanların ailələrinə başsağlığı verib.(report)

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib