Dərc edilib: 08-03-2021

https://www.nuh.az/28133-.html

Dönər yeyən 17 yaşlı gənc öldü

08.03.2021 02:08:45

LIVE

Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

 

“Report”un Şimal bürosu   bildirir ki, hadisə rayon mərkəzindəki “Köhnə avtovağzal” adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib