Dərc edilib: 08-03-2021

https://www.nuh.az/28136-.html

Möhtəşəm kəşf: Alimlər təzyiqi salmağın qeyri-adi yolunu tapdı ŞOK

08.03.2021 16:43:28

İqtisadiyyat

Yüksək qan təzyiqini salmaq üçün qeyri-adi yol tapılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə London Universiteti Kollecinin mütəxəssisləri "Express”ə danışıb.
Alimlər evdə istiliyin tənzimlənməsi yüksək qan təzyiqinin öhdəsindən gəlməyə kömək edə biləcəyini söyləyiblər.
Alimlər bu nəticəyə demək olar ki, 4.7 min insanın qatıldığı bir araşdırma zamanı gəliblər. Əvvəlcə onların evlərindəki istilik, sonra isə könüllülərin qan təzyiqi ölçülüb. 
Məlum olub ki, evdəki istilik nə qədər aşağı olarsa, orada yaşayan insanların qan təzyiqi də bir o qədər yüksək olur.
Beləliklə, ən soyuq evlərdə yaşayanlar üçün ortalama qan təzyiqi təxminən 126/74 mm civə sütunu və ən isti evlərin sahibləri üçün 121/70 mm civə sütunu olub. Eyni zamanda otaq temperaturunda hər dərəcə azalma ilə qan təzyiqi 0,48 mm civə sütunu üzrə artmış olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib