Dərc edilib: 10-03-2021

https://www.nuh.az/28159-.html

Prezident Bəylər Eyyubovla bağlı sərəncam verdi

10.03.2021 15:25:10

Hadisə

Azərbaycan Prezidenti İlham Əliyev Bəylər Eyyubovu təltif edib.


“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının bununla bağlı verdiyi sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi olan B. Eyyubovun bu gün 70 yaşı tamam olur.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib