Dərc edilib: 10-03-2021

https://www.nuh.az/28165-.html

Avropada minimum əmək haqqı: Azərbaycan sonuncudur!

10.03.2021 22:43:29

Region

 

2020-ci il üzrə Azərbaycan və Avropa İttifaqı ölkələrində əmək haqlarının minimum miqdarı açıqlanıb.


Valyuta.Az xəbər verir ki, Avropa İttifaqının ötən il üçün hazırladığı hesabatda, 25 Avropa ölkəsində, eləcə də Azərbaycanda dövlət və özəl sektorlarda çalışanların minimum əmək haqları ilə bağlı geniş məlumat yer alıb. 

Hesabatda, çalışanlarına minimum əmək haqqının ən yüksək məbləğini verən ilk beş dövlətin adı açıqlanıb. Beşlikdə, ən yüksək məvacibin Lüksemburq Krallığında olduğu müəyyən edilib. Belə ki, bu ölkədə minimum əmək haqqı 2.141 € (4.327 manat) məbləğindədir. Sonrakı sırada isə İrlandiya (1.706 € (3.448 manat)), Hollandiya (1.680 € (3.394 manat)), Almaniya (1.584 € (3.200 manat)) və Fransa (1.539 € (3.110 manat)) qərarlaşıblar. 

Hesabatda,  minimum əmək haqqının orta və ən aşağı məbləğinə sahib olan ölkələrin də adı açıqlanıb. Belə ki, İspaniyada orta aylıq məvacibin 1.108 EURO (2.239 manat), ən aşağı orta aylıq maaşın Latviya Respublikasında 500 EURO (1.010 manat) məbləğində olduğu müəyyən edilib. 

Aİ-nın açıqlamasında, Ruminya, Bolqarıstan və Azərbaycan minimum əmək haqqının ən aşağı məbləğinə sahib olan ölkələr kimi reytinq cədvəlində sonuncu yerləri bölüşüblər.  Belə ki, Ruminyada minimum əmək haqqı 472 € (954 manat), Bolqarıstanda 332 € (670 manat), Azərbaycan isə 123 €  (250 manat) məbləğindədir. 

Bu hesabatdan aydın olur ki, ölkəmizdə əhalinin yaşam səviyyəsinin təmin edilməsi məsələsində prioritet mövqeye malik olan minimum əmək haqqı miqdarı Avropa ölkələrindəkindən kifayət qədər aşağı səviyyədədir. 

Yeri gəlmişkən, məşhur “Trading Economics” xəbər portalının yayımladığı “Sosial təminat dərəcəsi” reytinqində  Azərbaycan 25 faizlik miqdar ilə Avropa ölkələrindən xeyli geridə qalıb.   

 

Azərbaycan / Birlik ölkələri

Minimum əmək haqqları

Lüksemburq

2.141 € (4.327 manat)

İrlandiya

1.706 € (3.448 manat)

Hollandiya

1.680 € (3.394 manat)

Almaniya

1.584 € (3.200 manat)

Fransa

1.539 € (3.110 manat)

İspaniya

1.108 € (2.239 manat)

Slovenya

940 € (1.900 manat)

Malta

761 € (1.539 manat)

Yunanıstan

758 € (1.532 manat)

Portuqaliya

665 € (1.343 manat)

Slovakya

623 € (1.258 manat)

Polşa

611 € (1.234 manat)

Litva

607 € (1.226 manat)

Çexiya

586 € (1.184 manat)

Estoniya

584 € (1.179 manat)

Xorvatiya

546 € (1.103 manat)

 Latviya

500 € (1.010 manat)

Macarıstan

488 € (985 manat)

Ruminya

472 € (954 manat)

  Bolqarıstan

332 € (670 manat)

 Azərbaycan

123 €  (250 manat)

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib