Dərc edilib: 11-03-2021

https://www.nuh.az/28176-.html

Eyyubov Qusarda 16 milyon manata torpaq və bağ sahəsi aldı

11.03.2021 16:48:53

Kriminal
YAP-ın ötən qurultayında adı partiya rəhbərliyindən çıxarılanlar siyahısında olan Baş nazirin birinci müavini Yaqub Eyyubov 44 günlük müharibədən bəri demək olar ki, ortalıqda görünmür. Amma sorağı Qusar meşələrindən gəlir. Eyyubovlar Qusarda 16 milyon manat dəyərində torpaq sahələri, fındıq bağları alıb. 

Bu barədə jurnalist Cavanşır Həsənli məlumat yayıb. Onun sözlərinə görə, Yaqub Eyyubov ölkə xaricində də geniş biznesə sahibdir: 

"Yaqub Eyyubov daha çox bahalı dişləri ilə tanınan yüksək vəzifəli məmur kimi məşhurlaşıb. Oğlu Orxan Eyyubov İngiltərə vətəndaşı olsa da, Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır. Onun Kanadada, İngiltərədə, İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur. Yaqub Eyyubovun qardaşı Yusif Eyyubov Xorvatiyada, qardaşı oğlu Kamran Eyyubov Azərbaycanda böyük biznes şəbəkələrinə sahibdirlər. 
Orxan Eyyubovun Londondakı daşınmaz əmlak şirkəti - NEW CANADA LTD-nin aktivləri ötən il 15 milyon funt-sterlinqə (35.5 milyon manat) çatıb. 
Eyyubovların Kanadadakı klinikası isə 4 il əvvəl bağlanıb. Kanadanın məşhur vergi və biznes konsaltinq şirkəti MNP LLP 2017-ci ildə Orxan Eyyubovun müraciəti əsasında iflas prosesinə start verib. Sənədlərə əsasən onun sahibi olduğu 8989613 Canada Ltd-nin 1 milyon dollara yaxın zəmanətsiz borcu ortaya çıxıb. Lakin şirkət bağlanmayıb və hazırda aktiv statusdadır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib