Dərc edilib: 11-03-2021

https://www.nuh.az/28177-.html

Hafiz Hacıyev Gülər Əhmədovaya vəzifə verdi

11.03.2021 22:11:20

Cəmiyyət

Sabiq deputat Gülər Əhmədova Müasir Müsavat Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini təyin edilib. 


Bu barədə “Qafqazinfo”ya partiyanın sədri Hafiz Hacıyev məlumat verib.

O bildirib ki, G. Əhmədova 5 ay əvvəl partiyaya üzv qəbul edilib: “Daha sonra fəallığına görə onu Siyasi Şuraya üzv seçdik. İdarə Heyətinin bu gün keçirilən iclasında isə onun beynəlxalq sahədə təcrübəsini nəzərə alaraq xarici əlaqələr üzrə sədr müavini təyin etdim”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib