Dərc edilib: 12-03-2021

https://www.nuh.az/28179-.html

Bu ölkə marixuanaya icazə verdi

12.03.2021 10:44:29

Dünya

Meksika parlamenti qanunsuz narkotik ticarətinə mane olmaq məqsədilə marixuana istifadəsinə qadağanı aradan qaldıran qanun dəyişikliyini təsdiqləyib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Senatın təsdiqindən sonra ölkədə marixuana qanuni olaraq satılacaq.

Meksika bu qərarla Kanada və Uruqvaydan sonra marixuana istifadəsinin sərbəst olduğu üçüncü dünya ölkəsi olacaq.

Qanuna görə, yetkinlik yaşına çatanlar satış mərkəzlərindən qanuni olaraq marixuana satın ala biləcəklər. Bundan başqa, istifadəçilər üstlərində 28 qrama qədər marixuana gəzdirmək imkanı qazanacaqlar.

İnsanların şəxsi istifadə üçün evlərində marixuana yetişdirməsinə icazə veriləcək. Ancaq bu, ciddi nəzarət altında olacaq.

Qərarın qanunsuz narkotik dövriyyəsinin iqtisadi təməlini ortadan qaldıracağına inanılır. Meksikada 2017-ci ildən bəri tibbi məqsədlərlə marixuana istifadəsinə icazə verilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib