Dərc edilib: 12-03-2021

https://www.nuh.az/28183-.html

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

12.03.2021 16:10:19

LIVE

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə G.Hacıbəyli özü məlumat paylaşıb.

 

O bildirib ki, dünən Bakı Apellyasiya Məhkəməsində Almaniyada Universitetə daxil olmuş oğlunun ölkədən çıxışına icazə verilməsilə bağlı şikayətinə baxılıb.

Məhkəmə G.Hacıbəylinin şikayətini təmin edib və 17 yaşlı oğlu Toğrulun Almaniyada təhsil alması üçün ölkədən çıxışına icazə verilib.

Toğrul Mehdinin atası Mahmud Mehdiyev bir neçə il əvvəl Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib. G.Hacıbəyli və M.Mehdiyev 2003-cü ildə boşanıblar.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib