Dərc edilib: 16-03-2021

https://www.nuh.az/28219-.html

“Paşinyan istefa verməli və Ermənistandan getməlidir”

16.03.2021 11:32:25

Maraqlı

Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolu Baş nazir Nikol Paşinyanın dərhal istefa verməsidir.


“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin birinci Prezidenti Levon Ter-Petrosyan bildirib.

Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir.

“Dövlətin, xalqın və şəxsən Baş nazirin maraqlarından irəli gələn yeganə çıxış yolu, zənnimcə, parlament tərəfindən toxunulmazlığa hüquqi təminat verilməklə onun dərhal, könüllü istefası və xaricdə müvəqqəti də olsa sığınacaq almasıdır”, - keçmiş Prezident bildirib.

O qeyd edib ki, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir, hansı ki, ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.

Ter-Petrosyanın sözlərinə görə, Baş nazir və onun komandası biabırçı məğlubiyyətə görə məsuliyyətdən qaçmağa çalışan siyasi qüvvədir, dövlətin möhkəmləndirilməsinə qayğı göstərməyi yox, nəyin bahasına olursa - olsun, öz hakimiyyətini tam açıq şəkildə qoruyub saxlamağı rəhbər tutur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib