Dərc edilib: 17-03-2021

https://www.nuh.az/28230-.html

Azərbaycandan Ermənistana qaz nəql ediləcək

17.03.2021 13:15:33

LIVE

Rusiya qazının Ermənistana nəqli müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazprom Export” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Qərar Rusiya qazının Gürcüstan ərazisindən keçən “Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərinin təmiri ilə əlaqədardır.

““Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərində planlı profilaktik təmir işləri gedən müddətdə Rusiya qazı istehlakçılara Azərbaycan üzərindən tədarük ediləcək. Martın 16-da “Qazprom Export” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb”,- deyə məlumatda qeyd olunub.

Müqavilədə “Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərinin Rusiya hissəsində planlı profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən Gürcüstanla sərhədədək yerləşən istehlakçılara tədarük ediləcəyi bildirilir.

Təmir işlərinin təxminən üç həftə çəkəcəyi gözlənilir. Təmir tamamlandıqdan sonra Rusiya qazının əvvəlki marşrut üzrə nəql ediləcəyi bildirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib