Dərc edilib: 20-03-2021

https://www.nuh.az/28258-.html

Qazaxıstanda Nazarbayevin təsviri olan sikkə buraxılacaq

20.03.2021 11:11:54

LIVE

Qazaxıstanda ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin təsviri olan kolleksiya sikkəsi buraxılacaq. Yeni sikkə Qazaqstannyń astanasy - Nur-Sultan adlanır.


Bu barədə “Qafqazinfo” “Tengrinews.kz”yə istinadən xəbər verir.

Qazaxıstan Milli Bankının mətbuat xidmətindən verilən məlumata görə, Nazarbayevin portretinin əks olunduğu 1000 tenge nominallı sikkə Görkəmli hadisələr və insanlar seriyasına aiddir.

Kolleksiya sikkəsinin çəkisi 62,2 qramdır, 999/1000 əyyarlı (16 qram) qızıldan və 925/1000 əyyarlı (46,2 qram) gümüşdən hazırlanıb, diametri 50 mm., tirajı 1 000 ədəddir.

Nursultan Nazarbayevin portretinin əks olunduğu sikkələrin satış tarixi haqqında məlumat Milli Bankın rəsmi saytında yerləşdiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib