Dərc edilib: 21-03-2021

https://www.nuh.az/28267-.html

General-mayor yüksək vəzifəyə təyin olundu

21.03.2021 18:50:49

Günün sitatı

General-mayor Rzayev Mübariz Balağa oğlu Şəmkir korpusuna komandir təyin edilib.

 BakuPost  xəbər verir ki, müharibə vaxtı General-mayor Xəqani Cəbrayılov vəzifədən kənarlaşdırılandan sonra korpusa bir müddət General-leytenant Nizam Osmanov, General-mayor Azər Əliyev, General-mayor Ənvər Əfəndiyev və son günlərdə Polkovnik Sarı Xəlilov rəhbərlik edib.
Qeyd edək ki, Mübariz Rzayev müxtəlif vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə, "Hərbi xidmətlərə görə" medalı ilə, "Vətən uğrunda" medalı ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, həmçinin Azərbaycanın Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib