Dərc edilib: 22-03-2021

https://www.nuh.az/28270-.html

Prezident erməni snayper Maral Nacaryanı qəbul etdi

22.03.2021 01:22:16

LIVE

Maral Nacaryanı bu gün Livanın prezidenti Mişel Aun tərəfindən qəbul olunub. 
 
Erməni mediası xəbər verir ki, Livan Prezidenti Mişel Aun Azərbaycan əsirliyindən azad edilmiş Maral Nacaryanı qəbul edib. Maral əsirlikdən azad edilməsində fəal iştirak edən prezident Mişel Auna təşəkkür edib. 
 
Məlumata görə Maral Nacaryanın əsirlikdən azad olunmasında nəinki vətəndaşı olduğu dövlətin prezidenti, eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsi, Livandakı ARF Daşnaksütyunun mərkəzi komitəsi, Rusiya Dövlət Duması rəhbərliyi, Rusiyada yaşayan ermənilər, eləcə də Ermənistan parlamentinin bir neçə millət vəkilinin rolu olub. 
 
Kimdi Maral? Sadəcə Şuşaya 2020-ci ildə köçmüş(?) erməni qadınmı? Bu sadə qadın olsaydı onun əsirlikdən azad olunması üçün  yuxarıda qeyd olunan statuslu şəxslər, təşkilatlar bu qədər xahiş, minnətdə olurdularmı? Maral Livandan niyə Şuşaya gəlmişdi? Maral sadə snayperçi də deyil. Onun qarşısında daha ciddi tapşırıqlar qoyulub. Beynəlxalq terror təşkilatlarının bir çoxunun mənzil qərargahı məhz Beyrutda yerləşir. Erməni terror təşkilatı ASALA da Beyrutda yaranıb və fəaliyyət göstərib. Livandan Qarabağa bir xeyli erməni köçürülüb. Maralın Şuşaya gəlişinin səbəbini Beyrutdakı məşhur partlayışla əlaqələndirilməsi uydurulmuş əfsanədir. Bu qadın partlayışdan əziyyət çəkən biri olubsa, onu əsirlikdən azad edən bu qüvvələr nədən onun qayğısına qalmamışdılar?
 
Maral millətini, vətənini, erməniliyi belə sevəndisə əsirlikdən çıxanda niyə İrəvana yox, məhz Livana qayıtdı? Maralın maral baxışları yoxdur, onun gözündə peşəkar qatil, terrorçu baxışları var. Və hiss olunur ki, indiyədək onun xahişini edənlərin çox tapşırıqlarını yerinə yetirib, yəni terror həyata keçirib, snayper kimi  sifarişçilərin tapşırığını yerinə yetirib. Onun xahişini edənlərin içərisində ən maraqlı, həm də təəccüblü fiqur Rusiya Federasiyasının rəsmi vəzifəli şəxsi Valentina Matveyenkodur. O da Maralı şəxsən tanıyırdı, yoxsa Ermənistan parlamentinin daşnak üzvlərinin xahişini yerinə yetirib?
Maral müəmması hələ bitməyib...
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib