Dərc edilib: 22-03-2021

https://www.nuh.az/28275-.html

Məhkəmə Mehdiyevin əmrini ləğv etdi

22.03.2021 02:29:46

Cəmiyyət

AMEA prezidenti Ramiz Mehdiyevin qanunsuz işlərindən biri məhkəmədə ifşa olunub. Belə ki, "Torpaqşünaslıq və Aqrokimya İnstitutu"nun direktoru Əlövsət Quliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə vəzifəsindən azad olunmşdu. Onun yerinə isə 74 yaşlı Qərib Məmmədov təyin olunmuşdu.

Martın 16-da Səbail rayon məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb.
Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib