Dərc edilib: 22-03-2021

https://www.nuh.az/28277-.html

"Qadınlara icazə verin mini yubka geyinsinlər, əks təqdirdə, taxtınızda..."

22.03.2021 09:41:35

Maraqlı

1960-cı illərin sonlarında İran şahı Məhəmməd Rza Pəhləvi Səudiyyə kralı Feysələ modernləşmə ilə bağlı çağırış edib: "Xahiş edirəm qardaşım, modernləş. Ölkənizi dünyanın üzünə açın. Məktəblərinizdə qızlarla oğlanlar bir yerdə oxusun. Qadınlara icazə verin ki, mini yubka geyinsinlər. Diskotekalar açın. Müasir olun. Əks təqdirdə, taxtınızda qalacağınıza zəmanət verə bilmərəm".

King Faisal of Saudi Arabia on on arrival ceremony welcoming 05-27-1971 (cropped).jpg

Feysəl ibn Əbdüləziz Əl Səud

 

Buna cavab olaraq kral Feysəl şahənşaha belə bir cavab yazıb:" Əlahəzrət, məsləhətlərinizi qiymətləndirirəm. Xatırladım ki, siz Fransanın şahı deyilsiniz. Siz Yelisey Sarayında deyilsiniz. Siz əhalisinin yüzdə doxsanı müsəlman olan İranda hökm edirsiz. Xahiş edirəm ki, bunu unutmayın".

محمدرضا شاه پهلوی (@shahe_iran) | Twitter

İran şahı Məhəmməd Rza Pəhləvi 

1979-cu il İran inqilabının rəhbəri Ayətullah Xomeyni “mini yubka”, “diskoteka” tərəfdarı, modernləşmə sevdalısı olan Məhəmməd Rza şahı devirdi. İran şəriət qanunlarına söykənən islam respublikasına çevrildi.

İranı şahının taxtında qalacağına şübhə etdiyi Səud tayfası hələ də iqtidardadır.(musavat.com)

Elbəyi Həsənli, Sürix

NUH informasiya agentliyi səhifəsindən çap edilib