Dərc edilib: 22-03-2021

https://www.nuh.az/28284-.html

“Oğlum təcili yardım gələnə qədər canını tapşırdı” - Nazpəri Dostəliyeva

22.03.2021 22:23:15

Mədəniyyət

“Oğlum valideynlərimlə qardaşımın dəfn olunduğu Qobustan qəbiristanlığında torpağa tapşırılacaq”.

 

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

 

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün anidən baş verdiyini bildirib: “Oğlum quş kimi yanımdan uçub getdi. Xalası ilə, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı. Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış”, - deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Xalq artistinin böyük oğlu Əli Quliyev bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib