Dərc edilib: 23-03-2021

https://www.nuh.az/28289-.html

Bakıda ata qızına zəhərli iynə vurub öldürdü

23.03.2021 13:31:35

Dünya

Bakıda ata qızına zəhərli iynə vuraraq öldürüb.

 

 Report  xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.

62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək övladına zəhərli iynə vuraraq öldürüb.

H.Salmanov saxlanılıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib