Dərc edilib: 24-03-2021

https://www.nuh.az/28301-.html

Qaxa güclü dolu yağdı (FOTOLAR)

24.03.2021 22:17:06

LIVE

 

Qax rayonunda hava şəraiti kəskin dəyişib.

"Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun İlisu kəndinə dolu yağıb.
Təxminən, 5 dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.
Kənd sakinləri "Report"a bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.
Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1 400 metr yüksəklikdə yerləşir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib