Dərc edilib: 25-03-2021

https://www.nuh.az/28303-.html

İrəvandan açıqlama: “SSRİ dövründəki bütün nəqliyyat kommunikasiyalarının bərpası...”

25.03.2021 09:18:02

LIVE

Ermənistan, Azərbaycan və Rusiya SSRİ dövründə fəaliyyət göstərən bütün nəqliyyat kommunikasiyalarının bərpa imkanlarını müzakirə edirlər.

Musavat.com-un məlumatına görə, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan parlamentdəki çıxışında söyləyib. Onun sözlərinə görə, müzakirələr avtomobil və dəmir yollarının bərpası istiqamətində aparılır. Bununla bağlı üçtərəfli danışıqların baş nazir mavinləri səviyyəsində aparıldığını bildirən Qriqoryan müəyyən irəliləyişlərin olduğunu qeyd edib.
Ancaq əlavə edib ki, hələlik işlər ekspertlər səviyyəsində aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib