Dərc edilib: 26-03-2021

https://www.nuh.az/28314-.html

13 yaşlı qıza əxlaqsızlıq edən məmur həbs edildi – UCARDA

26.03.2021 14:32:40

Hadisə

Ucarda mədəniyyət evinin müdiri həbs edilib.

 

Rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri – 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir. (Report)

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib