Dərc edilib: 29-03-2021

https://www.nuh.az/28344-.html

İsmayıllıda gölü satışa çıxardılar (FOTOLAR)

29.03.2021 18:51:17

LIVE
İsmayıılı rayonunun Lahıc kəndində göl satışa çıxarılıb.

HİT.Az-ın xəbərinə görə, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, 88 sot sahəsi olan təbii göl 120 min manata satılır.

Gölün dərinliyinin 7-11 metr olduğu və turistik yerdə yerləşdiyi qeyd olunub.
Həmçinin gölün ətrafında yüngül konstruksiyalı evlərin tikilməsinə də icazə var.
Elanda gölün təcili və ucuz qiymətə satıldığı bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib