Dərc edilib: 30-03-2021

https://www.nuh.az/28346-.html

" Ara Abramyanın bacısı Bakıda ərdədir...”

30.03.2021 00:01:42

LIVE

“Ara Abramyan milyarder olsa da, zənnimcə, onun Ermənistandakı seçkilərdə elə bir şansı yoxdur...”
 
Bu fikri  politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında bu günlərdə Ermənistanda iyun ayına təyin olunmuş növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etmiş Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın şansları barədə danışarkən ifadə edib.   
 
Söhbətinin davamında politoloq tanınmış erməni iş adamının seçkilərdə üstünlük qazanmaq şansının olmamasını belə əsaslandırıb: 
“Çünki əvvəla, o, siyasətçi yox, alverçidir. İkincisi,  Ermənistan cəmiyyəti onu qəbul eləmir, ölkədə elə bir bir nüfuzu yoxdur. Üçüncüsü də, Qərb də onu dəstəkləməz. Çünki hamı bilir ki, o, Putinin adamıdır. Üstəlik, bildiyimə görə, ABŞ-ın sanksiya qoyduğu Rusiya iş adamlarının arasında Ara Abramyanın da adı var...”
 
“Ara Abramyanın Ermənistandakı siyasi karyerasına mane ola biləcək bir məsələni də xatırladım... Yadınıza salım ki, bu erməni milyarderin bacısı Bakıda ərdədir... Bir neçə il öncə adı dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinə xəyanət edən iş adamı kimi geniş  hallanmış “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun arvadı Ara Abramyanın bacısıdır. O vaxt Ara özü demişdi ki, bacısı Raisa Ovanesyan, onun qızı Rena Bakıda yaşayırlar, kürəkəni də azərbaycanlıdır. Erməni milyarder öz kürəkənindən xeyli razılıq edərək əlavə etmişdi ki, yeznəsi Bakıda nazirdir. Soruşublar ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir... Düzdü, sonradan həmin Əbülfəzi uzaqlaşdırdılar. Amma, yəqin, Azərbaycanla belə yaxınlığı olan adamı Ermənistanda siyasətə yaxın buraxmazlar...”– Cümşüd Nuriyev belə deyib. 
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib