Dərc edilib: 30-03-2021

https://www.nuh.az/28352-.html

Admnistrasiyadan Cəmil Həsənlinin qızı ilə bağlı (AÇIQLAMA)

30.03.2021 14:31:14

LIVE

"Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video cinayətkarlığı”na aydınlıq gətirilməsi, həmin rəzil əməlin təşkilatçı və icraçılarının tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıb”.

Qaynarinfo-nun məlumatına görə, bunu Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn bildirib.
Onun sözlərinə görə, müraciətə cavab olaraq bildirilib:
"Bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət-iqtidar münasibətlərinin normallaşması və tam əhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edilır. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib. Və ən tez bir zamanda təqsirkarlar aşkarlanaraq, bu barədə ictimaiyyətə məlumat veriləcək".

Pənah Hüseyn deyib ki, aparılan təhqiqat ekspertiza göstərir ki, informasiya kirliliyi nəticəsində yaranan ilkin təəssüratlar yanlışdır, videodakı şəxslərin ümumiyyətlə Cəmil Həsənlinin ailə üzvü ilə əlaqəsi olmadığı, "tamaşa" qurulduğu versiyası yəqinlik qazanmaqdadır.
"Cəmil Həsənlənin ailə üzvü də bu barədə açıqlama verərək, vidiodakı şəxslərin ona aidiyyatı olmadığını bildirib. Heç şübhəsiz məsələyə cinayətin üstünün açılması və konkret təqsirkarların tapılıb cəzalandırılması nöqtə qoya bilər. Nəzərə alınmalıdır ki, bu məsələ artıq təkcə ayrı- ayrı fərdlərin yox, həm də dövlətin şərəf məsələsidir”.
Xatırladaq ki, bir neçə gün öncə internet şəbəkəsində Milli Şuranın sədri, pofessor Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən intim videogörüntü paylaşılıb. 
Videopaylaşımın mənbəyinin kimlər olduğu bilinmir. Sosial şəbəkələrdə bu paylaşıma kəskin və reaksiyalar verilib.
Cəmil Həsənli "BBC Azərbaycanca"ya qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı "hüquqi müstəvidə işlərin görüldüyünü" bildirib.
Ailəyə yaxın mənbələrdən birinin "BBC Azərbaycanca"ya açıqlamasına görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin özü olmadığını söyləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib