Dərc edilib: 02-04-2021

https://www.nuh.az/28381-.html

“Allahın evi yoxdur ... – İlahiyyatçı alim

02.04.2021 13:28:00

Mədəniyyət

 

Bir neçə gündən sonra Ramazan ayı başlayır. Bu baxımdan son günlərdə inanclı şəxslərin əksəriyyəti məscidlərin hələ də qapalı qalmasından narahatlıqlarını ifadə edirlər, ibadətlərin məhz "Allahın evi”ndə daha qəbul ediləcəyini bildirirlər. Artıq pandemiyaya görə bağlı qalan məscidlərin açılmasını istəyənlər kifayət qədərdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, məşhur ilahiyyatçı alim Rafiq Əliyev Sfera.az-a açıqlamasında deyib ki, məscid deyilən məkan Allahın evi deyil:
"Allahın heç bir evi yoxdur. Sadəcə olaraq bu, namaz qılınan yerdir. Müsəlmanların adətinə görə namazı hər yerdə qılmaq olar. Evdə də, səhrada da...Hətta sənin tək olduğun yerdə qıldığın namaz daha yaxşıdır. Çünki sən Allahla təkbətəkdə qalırsan, yanında, sağında, solunda, qabağında heç kim olmur. Məsciddə isə aura bir az daha yaxşıdır.
 
Əlbəttə, məscidlər açıq olduğu halda orada namaz qılmaq daha münasibdir. Amma inanclı şəxslərin özünün səhhətini təhlükəyə qoyub məscidə getməklərini istəməzdim. Məscidlərin bağlı olmasını , camaatın başqa yerdə namaz qılmasını, amma xəstələnməməsini üstün tutardım”.
R.Əliyev qeyd edib ki, ibadət yalnız məsciddə edilməlidir fikri də tamamilə yanlışdır: "İslam dininə görə, ibadəti harda istəyirsənsə, orada edə bilərsən. Xəstəxanadasansa orada edirsən, həbsxanadasansa  orada və.s. Əsas odur ki, sən Allahınla təkbətək qalıb, ona öz ibadətini edirsən, öz sözünü deyirsən, namazını qılırsan və rahatlaşırsan. Məkanın böyük təsiri yoxdur”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib