Dərc edilib: 03-04-2021

https://www.nuh.az/28389-.html

Bakıda həkim qızı oğlana çevirdi

03.04.2021 09:15:38

LIVE

İllər sonra gözlənilən və doğulan oğlan uşağının xarici cinsiyyət orqanlarında ciddi deformasiya və daha çox qıza bənzəmə var idi.
 
Belə ki, uşağın xayaları qarın boşluğunda idi və görünmürdü, xarici cinsiyyət üzvü isə çox kiçik idi.
 
Uşaq cərrahı Fuad Hüseynov nadir də olsa Azərbaycanda rast gəlinən anomaliyalı körpəni əməliyyat edib.
 
Həkim bildirdi ki, belə hallarda şübhəni aradan qaldırmaq və uşağın cinsiyyətini tibbi cəhətdən dəqiq bilmək üçün genetic xromosom analizi aparılır. Analizin cavabı XY tipli xromosom göstərdi, yəni uşaq oğlandır.
 
Onun cinsiyyət üzvlərini bu vəziyyətdə saxlamaq olmazdı.
 
İlk əməliyyatı 7 aylıqda keçirdik, qarın boşluğunda olan sağ xaya laporoskopik metodla xayalığa endirildi.
 
Hazırda bu xaya normaldır. Daha sonra ikinci xayanı əməliyyat etdik. Bu problemləri həll etdikdən sonra cinsiyyət orqanı əməliyyat ediləcək.
 
Uşağı daha 2 böyük əməliyyat gözləyir. Gələcəkdə onun normal kişi kimi həyatını davam etməsi üçün əlimizdən gələni edəcəyik".(medicina.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib