Dərc edilib: 03-04-2021

https://www.nuh.az/28394-.html

Neftçalada 11 yaşlı qızın zorlanması ilə bağlı - DİN

03.04.2021 14:09:28

LIVE

Daxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda iki azyaşlı qızın təcavüzə məruz qalması haqda paylaşdığı məlumatla bağlı araşdırmalara başlayıb.


DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, rayonun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102-Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib: “Dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib, izahatı alınıb. Lakin o, qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü bildirib. Buna baxmayaraq vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna  göndərilib.

V.Nağının iddia etdiyi ikinci halla bağlı isə bu günə qədər Rayon polis Şöbəsinə heç bir şikayət daxil olmayıb. Amma bununla belə o iddia da hazırda araşdırılır”.

Qeyd edək ki, bələdiyyə üzvü Vəfa Nağı sosial şəbəkə hesabında Neftçala rayonunda Mirqurbanlı kəndində 9-cu sinif şagirdinin üç-dörd oğlan tərəfindən zorlanaraq kənddə yolun kənarına atıldığını yazıb. O qeyd edib ki, həmin qız bağlı qapı arxasında saxlanılır və bayıra buraxılmır.

Bundan başqa eyni kənddə 12-13 yaşlı uşağın 32 yaşında kişi tərəfindən təcavüzə məruz qaldığı iddia edilir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib