Dərc edilib: 06-04-2021

https://www.nuh.az/28418-.html

"Holcim"in yeni baş direktoru Xalid Samaka Dilbər Sultanova ilə işləyə biləcəkmi?

06.04.2021 18:47:02

Cəmiyyət

NUH.az  saytının uzun müddət barəsində araşdırma  yazıları dərc etdiyi Holcim ASC-nin ( Qaradağ sement zavodu ) Baş direktoru Frederik Guimbal ölkədən qovulub. Onun yerinə XALİD  SAMAKA təyin edilib. 

 

Xalid Samaka  LafargeHolcim şirkətinə 1996-cı ildə qoşulmuş, Texniki, İnsan resursları və İstehsalat sahəsində Şimali Afrika, Avropa və Asiyada böyük təcrübə qazanmışdır. 2017-2020-ci illərdə Xalid uğurla LafargeHolcim Rusiyada rəhbərlik edib.

Xalid Parisin Dauphine Universitetindən Biznesin İdarəolunması və Ecole Centrale Parisdən Mühəndislik üzrə Magistr dərəcəsinə malikdir.

 

Bizim üçün maraqlıdır ki,  yeni Baş direktor  Xalid Samaka  Holcim-in işgüzar nüfuzuna  Frederik  Guimbaldan daha ağır zərbə vuran, zavoddakı bütün maxinasiyaların başında duran, qurumun Maliyyə direktoru  Dilbər Sultanova ilə işləyə biləcəkmi ? 

Yaxın zamanda  bu suala  cavab tapmağa çalışacağıq. 

 

 

                                                                               * * * 

 

 

NUH.az  saytı olaraq ötən yazılarımızda Holcim ASC-də ( keçmiş Qaradağ  sement zavodu )  baş  verən qanun pozuntuları, vergidən yayınma, gəlirlərin gizlədilməsi, zavodun guya rentabelli olmaması səbəbi ilə səhmdarlara  dividentlərin verilməməsi və digər neqativ hallarla bağlı məlumat vermişdik.


Təsəvvür edirsiniz, Azərbaycanın ən böyük sement zavodlarından biri guya  rentabelsiz-gəlirsiz işləyir. Görəsən zavodun direktoru fransız Frederik Guimbal bəs hansı pullarla Bakıda çox bahalı eyş-işrət məclisləri keçirir, az qala hərəmxana saxlayır ?

Görəsən, səhmdarlara  divident olaraq  “qəpik-quruş”  verməyən zavodun  Maliyyə direktoru Dilbər Sultanova az vaxtda Bakıda “kirayə evlər kraliçası”na necə çevrilib ?

Bu xanım Bakının müxtəlif rayonlarında xeyli  sayda mənzil alıb kirayəyə verib.

Dilbər Sultanova “obnaliçka şirkətləri”  ilə maxinasiyaya girərək  “əmtəəsiz əməliyyatlar”  keçirərək  zavodu böyük məbləğdə  vergidən yayındırıb.

Erməni xislətli Frederik  Guimbal həddini o qədər aşıb ki,  Zəfər günü zavodun həyətində Azərbaycan və Türkiyə bayraqlarına qarşı hörmətsizlik edib.  

Dərc etdiyimiz bütün yazılar Vergilər naziri Mikayıl Cabbarovun elektron poçtuna və digər dövlət qurumlarına göndərilib.

Dəfələrlə Vergilər Nazirliyinin məsul şəxsləri ilə əlaqə saxlamışıq.

NUH.az-a daxil olan məlumata görə, Holcim Azərbaycan ASC-nin direktoru Frederik Guimbal vəzifəsindən uzaqlaşdırılıb.

Bu cəmiyyətimiz üçün sevindirici xəbərdir. Bayrağımıza və qanunlarımıza hörmətsizlik edən erməni sevdalısı əcnəbini qovmaq lazımdır.

Ancaq təəssüf ki, Frederik Guimbal özü ilə vergidən yayındırdığı böyük məbləğdə xarici valyutanı ofşor şirkətlərin hesablarına köçürərək ölkədən çıxarmışdır.

Frederik  Guimbal  işlədiyi müddətdə vaxtı keçmiş sement məhsullarının satışından və eyni zamanda obnaliçka şirkətlərindən əldə etdiyi pul vəsaitlərini mənimsəyərək  dövlət büdcəsinə və Azərbaycan xalqına çox böyük ziyan vurmuşdur. Bu işləri həyata keçirməkdə Guimbala köməklik etmiş və dəstək olmuş Holcim ASC –nin Maliyyə direktoru Dilbər Sultanova isə hələ də vəzifəsinin başında qalaraq  çirkin əməliyyatları davam etdirməkdədir.

Vergi yoxlamaları nəticəsində  milyonlarla yayınmaları aşkar edilən Holcim ASC-nin Maliyyə direktoru Dilbər Sultanova ona qarşı heç bir qanunun aliliyinin təsir edə bilməyəcəyini və ona dəstək olan şəxslərin daim ona kömək edəcəklərinə əmindir. Sanki Dilbər Sultanova toxunulmaz personadır.

Lakin cənab Prezident  dəfələrlə çıxışlarında  bildirib ki, hamı  qanun qarşısında  cavab verəcək və məsuliyyətə cəlb olunacaqdır.

Dilbər Sultanovanın şirkətlərin əməliyyatlarından nə qədər pul aldığı və dövriyyədən vergi yayınmalarını təşkil etməsi barədə çoxsaylı məlumatlar  redaksiyamıza daxil olmuşdur.

İnanırıq ki,  hörmətli iqtisadiyyat naziri  Mikayıl Cabbarov  belə korrupsioner maliyyə direktorunun  fəaliyyətinin araşdırılmasını şəxsi nəzarətə götürəcəkdir. Və Frederik Gimbaldan sonra Dilbər Sultanova da öz cəzasını alacaq.

 

 Dilbər  Sultanova  və  Frederik  Guimbal  

NUH informasiya agentliyi səhifəsindən çap edilib