Dərc edilib: 06-04-2021

https://www.nuh.az/28420-.html

Deputat Rafael Hüseynov haqqında inanılmaz iddia: "Heç olmasa əlyazmamı qaytarsın..."

06.04.2021 23:45:13

İdman

6 il bundan öncə dostum, xalq artisti aktyor Yasin Qarayevin 70 illik yubleyi haqqında "Sənətin sonu olmur" adlı bir kitab hazırladım.
 Yasin Qarayev dedi ki, deputat Rəfael Hüseynov eşidib ki, mənim haqqımda bir kitab yazılır, istəyir ki kitaba ön sözü Rəfael müəllim yazsın. Kitabın əl yazmasını aparıb Yasin Qarayevlə birlikdə Nizami muzeyndə Rəfael Hüseynova verdik. Dəfələrlə Rəfael Hüseynova zəng etsək də zənglərimizə cavab verməyib. Vatçap nömrəsinı yazsaq da oxuyub cavab vermirdi. Sonra nömrəmi bloka atdı. Hər dəfə.Nizami muzeynə getsək də muzeydən bildiriblər ki, Rəfael müəllim çəkilişdədir, sonra gələrsiniz. Üstündən 6 il keçsə də kitaba hələ də ön söz yazmayıb. Xaiş edirəm Rəfael Hüseynovdan heç olmasa Yasin Qarayev haqqında yazdığım kitabımın əlyazmasını mənə qaytarsın. Mətbuat işçilərindən, mediadan, yazıçılardan xaiş edirəm mənə köməklik etsinlər. Fəryad edirəm. Səsimə səs versinlər.
 
Hörmətlə Elnur Baxış,
yazar-folklorşunas, bəstəkar, Azərbaycan Jurnalistlər birliyinin üzvü.
Gəncə şəhəri

NUH informasiya agentliyi səhifəsindən çap edilib