Dərc edilib: 09-04-2021

https://www.nuh.az/28446-.html

Nüsrət Kəsəmənlinin həyat yoldaşı oğlunu məhkəməyə verdi

09.04.2021 17:53:44

LIVE

Mərhum nəğməkar şair Nüsrət Kəsəmənlinin həyat yoldaşı oğlunu mənzildən çıxarmaq üçün məhkəməyə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Rəhilə Kəsəmənli oğlu Araz barəsində Yasamal rayon Məhkəməsinə müraciət edib. Mərhum şairin həyat yoldaşı övladı barədə mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb edir.
Məsələ ilə bağlı R.Kəsəmənli bildirib ki, özü və iki oğlu eyni mənzildə yaşayır:
"İstəyirik Araza pul verək, özünə başqa yerdə ev alsın. Onun da ailəsi var, hamımız birlikdə yaşaya bilmirik".

NUH informasiya agentliyi səhifəsindən çap edilib