Dərc edilib: 10-04-2021

https://www.nuh.az/28452-.html

"Bir "can" sözünə görə 10 min ziyana düşdüm"

10.04.2021 01:35:11

LIVE

Şairə Nazilə Səfərli ARB televiziyasında etirafı ilə diqqət çəkib.
 
Moderator.az xəbər verir ki, şairə bu sözləri deyib:
 
"Çox gözəl bir ziyafətim, yaxşı müştərim var idi. Toyu danışdım, beh alacaqdım. Qardaş mənə zəng etdi, "ay can, qardaş" deyə cavab verdim. Dedi ki, mən sizi yığacam.
 
Üzərindən bir saat keçdi, mənə yazdı ki, biz sizinlə davam edəsi olmadıq, mənə "can" dediniz, bu isə həyat yoldaşımın xoşuna gəlmədi.
 
İnsanlara şirin dil də yaramır. Mən neynəyim?! Ondan sonra "can" deməyi özümə qadağan elədim. 10 min ziyana düşdüm".

NUH informasiya agentliyi səhifəsindən çap edilib