Dərc edilib: 10-04-2021

http://www.nuh.az/28457-.html

Qazaxda hamam sahibi həbs olundu - suyu satırmış

10.04.2021 11:52:35

LIVE

Qazaxda karantin rejimini pozan hamam aşkarlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “İsrafil Ağa” adlı hamamın sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gedərək obyekt işçiləri və müştərilərdən ibarət 6 şəxsi Polis Şöbəsinə gətiriblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Hamamın sahibi Eldəniz Əzimov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə obyekt sahibi 10 sutka müddətinə inzibati qaydada həbs olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib