Dərc edilib: 14-04-2021

https://www.nuh.az/28489-.html

Bu gündən Azərbaycanda Ramazan ayı başladı

14.04.2021 00:30:14

Mədəniyyət

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. 


Qafqaz Müsəlmanları İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, bu il Ramazan ayı aprelin 14-ə təsadüf edir. Niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür. 

Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 1 may (Razamanın 18-ci günü), 3 may (Ramazanın 20-ci günü), 5 may (Ramazanın 22–ci günü) və 9 may (Ramazanın 26-cı günü) tarixlərinə təsadüf edir. 

Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib