Dərc edilib: 16-04-2021

https://www.nuh.az/28512-.html

Abşeronda İtləri güllələyərkən 13 yaşlı oğlanı vurdu

16.04.2021 14:01:07

LIVE

Abşeron rayonunda 63 yaşlı kişi sahibsiz itləri güllələyərkən 13 yaşlı oğlanı öldürüb.


Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlu odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alıb və aldığı xəsarətdən aprelin 15-də xəstəxanada ölüb.

Zərərçəkmişin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib