Dərc edilib: 17-04-2021

https://www.nuh.az/28516-.html

Acından Hüseyn Abdullayevin vəziyyəti ağırlaşdı

17.04.2021 14:05:53

İqtisadiyyat

Xəbər verdiyimiz kimi, bir neçə gündür vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev saxlanıldığı müəssisədə aclıq aksiyası keçirir. 


“Qafqazinfo” xəbər verir ki, H. Abdullayevin vəkili Elçin Sadıqov dünən müvəkkili ilə görüşdüyünü bildirib. 

O qeyd edib ki, H. Abdullayev ona hələ çəkisinin və təzyiqinin yoxlanılmadığını bildirib: “Kəskin baş ağrılarından, ürəkbulanmadan, qarın nahiyəsi və aşağı hissədə kəskin sancılardan əziyyət çəkir. Dodaq və ətrafında yaralar əmələ gəlib. Heç olmasa, su içməyini israrla xahiş etdim. Bu gün məlumat aldım ki, Hüseyn Abdullayevin bağırsağından qan açılıb”.   

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib