Dərc edilib: 18-04-2021

https://www.nuh.az/28524-.html

İsraildə tibbi maska ​​taxma tələbi ləğv edildi

18.04.2021 12:51:50

LIVE

İsrail Səhiyyə Nazirliyi ölkədəki koronavirusa yoluxma səviyyəsinin azalması ilə əlaqədar olaraq küçədə qoruyucu maskalar taxma tələbini ləğv edib.

APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb:

"Statistika göstərir ki, ölkə daxilindəki xəstələnmə səviyyəsində azalma davam edir. Bunun üçün 18 aprel 2021-ci ildən etibarən küçədə maska ​​taxmamağa icazə verilir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib