Dərc edilib: 18-04-2021

https://www.nuh.az/28525-.html

Şahzadə Filip dəfn edildi - Fotolar

18.04.2021 13:47:35

Dünya

Böyük Britaniya Kraliçası II Elizabetin mərhum həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filip Vindzor qəsrinin Müqəddəs Georgi kilsəsində dəfn edilib.


Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Tabutu Kraliça, Filipin övladları - şahzadə Çarlz və şahzadə Anna, onların qardaşları – Eduard və Endrü, həmçinin nəvələri Uilyam və Harri müşayiət edib.

Böyük Britaniyanın Baş naziri Boris Conson dəfndə iştirak etməyib.

 

 

Müqəddəs Georgi kilsəsi qarşısında keçirilən kiçik mərasim zamanı mərhum bir dəqiqəlik sükutla yad olunub.

Mərasim Britaniya televiziyası ilə nümayiş olunub.

Qeyd edək ki, Şahzadə Filipp aprelin 9-da yüz illik yubileyinə iki ay qalmış 99 yaşında vəfat edib. O, kraliça II Elizabet ilə 73 il evli olub. Onun 4 övladı, 8 nəvəsi və 10 nəticəsi var.

 







NUH informasiya agentliyi səhifəsindən çap edilib