Dərc edilib: 19-04-2021

https://www.nuh.az/28534-.html

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

19.04.2021 22:49:11

Region

Prezident İlham Əliyev BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun oğlu ilə bağlı sərəncam verib.


"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı onun yerinə xarici işlər nazirinin keçmiş müavini Ramiz Həsənov göndərilib

Qeyd edək ki, Anar Məhərrəmov bu vəzifəyə 2016-cı ildə təyin edilmişdi. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib