Dərc edilib: 20-04-2021

https://www.nuh.az/28537-.html

Allahşükür Paşazadənin növcavan vaxtları - FOTO

20.04.2021 00:07:05

Hadisə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin arxiv fotosu yayımlanıb.


Şəkli Modern.az saytı sabiq səfir Vəhdət Sultanzadə vasitəsilə əldə edib.

Biz şeyxi adətən din xadimlərinin geyimində - əba və çalma papaqla görürük. Yəni Allahşükür Paşazadə rəsmi qəbullarda, görüşlərdə çalmalı, əbalı geyimdə olur. Adi günlərdə isə dindarların vahid geyim formasından istifadə edir.

Şəkildə əsas diqətçəkən məqam isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin qalstuklu olmasıdır, bunu da yəqin ki, indiyə kimi çoxları görməyib.

Şəkillə bağlı qısa xatirəsini bölüşən Vəhdət müəllim bildirib ki, bu görüş 1970-ci illərdə baş verib:

"Onda Allahşükür Paşazadə hələ şeyx deyildi, mən də səfir… Biz çox uzaq illərin dostlarıyıq.. Lap gənc yaşlarımızdan yaxın olmuşuq. Şəkli də Allahşükür Paşazadə tələbə olarkən çəkdirmişik".

İndi Vəhdət Sultanzadənin 85, Allahşükür Paşazadənin 72 yaşı var.

Qeyd edək ki, Vəhdət Sultanzadə 28 ildən artıq müddət ərzində Əfqanıstan, İran, Türkiyə və Türkmənistanda atteşedən tutmuş fövqəladə və səlahiyyətli səfirə kimi müxtəlif vəzifələrdə çalışıb, Yaxın və Orta Şərqin diplomatiya, tarix, mədəniyyət və ədəbiyyatından bəhs edən yüzlərlə məqalənin və onlarla kitabın müəllifidir.


Allahşükür Paşazadənin arxiv şəkli yayılıb - FOTO

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib