Dərc edilib: 23-04-2021

https://www.nuh.az/28575-.html

Hüseynbala Mirələmov YAP-dan qovuldu

23.04.2021 22:45:39

Cəmiyyət

Sabiq deputat, qeyri-etik videoyla gündəmə gələn Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasından çıxarılıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında qərar verilib.

İclasda həmçinin onun Xətai rayon Təşkilatının sədrliyindən çıxarılması da qərara alınıb. 

Qeyd edək ki, H. Mirələmov təmsil olunduğu partiyanın Veteranlar Şurasının üzvlüyündən də xaric edilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib