Dərc edilib: 24-04-2021

https://www.nuh.az/28578-.html

Xurma yeməyin 11 faydası...

24.04.2021 10:35:42

LIVE

Xurma – o qidalardandır ki, Ramazan ayı gələn zaman iftar süfrələrinə bəzək verər. Bu meyvə Peyğəmbər (s) və Məsum İmamların (ə) ən çox sevdiyi meyvələrdən olmuşdur.
 
 
 
Bəs bu meyvənin nə kimi üstünlükləri var?
 
 
 
1. Anti-oksidanlarla zəngindir. Xurmanın tərkibində olan anti-oksidanlar iltihabı azaldar və diabet və xərçəng xəstələri üçün faydalı olar. Qəlbə sağlamlıq verər və göz xəstəliklərinin qarşısını alar. Xurma xərçəng riskini azaldan meyvələrdəndir.
 
 
 
2. Beyini sağlam saxlayar. Tədqiqatlar göstərmişdir ki, xurma Alzheimer xəstəliyinin qarşısını alan meyvələrdəndir.
 
 
 
3. Təbii şirniyyat hesab olunur. Xurma tərkibində olan faydalı minerallarla zəngin olmaqla yanaşı, həm də təbii şirniyyat hesab olunur. Desertlərdə şəkər yerinə xurmadan istifadə etmək olar. Şəkər bədəndə bəzi problemlərin yaranmasına səbəb ola bilir, ancaq xurma təbii şirni olduğu üçün heç bir təhlükəsi yoxdur.
 
 
 
4. Fibrlə zəngindir. Xurma tərkibində fibrlə zəngin olan meyvələrdəndir. Ona görə də çəkinin azalmasında, diabetin kontrol edilməsində, insanda toxluq hissinin yaranmasında çox təsirlidir. Fibr, yeməyin həzm olma prosesini ləngidir və insan uzun zaman toxluq hiss edir.
 
Fibr qanda olan şəkərin səviyyəsini aşağı salır ki, bu da diabet xəstələri üçün faydalıdır.
 
 
 
5. Dişləri və sümükləri sağlam saxlayır. Xurmanın tərkibində çoxlu mineral maddələr vardır, o cümlədən: fosfor, kalsium, maqnezium, kalium vardır. Bu maddələr sümükləri və dişləri sağlam saxlayar və ovulmanın qarşısını alar.
 
 
 
6. Enerji artırandır. Xurmanın tərkibində təbii şəkərlər olan qlükoza, saxaroza, fruktoza vardır. İftar zamanı 2-3 xurma yemək insana gümrahlıq hissi verər və enerjisini artırar.
 
 
 
7. Allergiyanın qarşısını alar. Adətən yay fəsli elə fəsillərdəndir ki, allergiyası olan insanların xəstəlikləri şiddətlənər. Xurmanın tərkibində üzvü kükürd olduğu üçün, fəsil allergiyalarının qarşısını ala bilir. Ona görə də hər gün bu meyvədən 2-3 dənə yemək lazımdır.
 
 
 
8. Dərini cavan saxlayar. Bu fəsillərdə insanların əksər hissəsi dəri quruluğundan əziyyət çəkərlər. Ancaq xurmanın tərkibində olan C və D vitaminləri dərinizi yumşaq saxlayar və onu xarici təsirlərdən qoruyar.
 
 
 
9. Saç tökülməsinin qarşısını alar. Qadınların və o həmçinin, kişilərin əksər hissəsi saç tökülməsindən şikayət edərlər. Bunun da səbəbi baş dərisinin daha çox sebum maddəsi ifraz etməsidir. Ancaq xurma bu problemin də qarşısını ala bilir və saçlarınızı daha güclü edə bilir. Çünki tərkibində olan B vitamini saçlarınız üçün faydalıdır.
 
Bununla yanaşı, xurmanın tərkibində dəmir vardır və dəmir də saç tökülməsinin qarşısını alar.
 
 
 
10. Qəlbi sağlam saxlayar. Mütaliələr göstərmişdir ki, xurma qanda olan triqliseridi azaldar və qanda olan xolesterinin keyfiyyətinə təsir qoyar. Tərkibində kalium və maqnezium olduğu üçün qan təzyiqini normada saxlayar.
 
 
 
11. İltihab əleyhinədir. Xurmanın tərkibində maqnezium olduğu üçün iltihab əleyhinədir. İnsanda artroz və Alzheimer xəstəliklərinin qarşısını alar. (Tebyan)
 
 Deyerler.org/

NUH informasiya agentliyi səhifəsindən çap edilib