Dərc edilib: 24-04-2021

https://www.nuh.az/28582-.html

84 yaşlı ana 28 il sonra oğlunun məzarını ziyarət etdi - Video

24.04.2021 17:56:03

Region

“Kədərli ananın həsrətinə son qoyuldu”. 


“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında paylaşdığı videoya şərhində yazıb.

O qeyd edib ki, ana 28 il sonra oğlunun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıldakı məzarını azad olunduqdan sonra ziyarət edə bilib:

“Uçmaq, oğlunun məzarını görmək üçün quş olmaq arzusunda idi. Qarabağın insan faciələri…”

Qeyd edək ki, 84 yaşlı Güldəstə Ağayeva 28 il sonra Cəbrayılda oğlunun məzarını ziyarət edib.

Daxili İşlər Nazirliyinə məktubla müraciət edən G.Ağayevanın arzusu reallaşıb.

G.Ağayevanın oğlu Ağayev Ramiz Eldar oğlu Birinci Qarabağ Müharibəsində şəhid olub.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib