Dərc edilib: 24-04-2021

https://www.nuh.az/28585-.html

Bayden “erməni soyqırımı” ifadəsini işlətdi

24.04.2021 23:04:55

Kriminal

ABŞ Prezidenti CO Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib.

 


“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, bu ifadəni günahlandırmaq üçün yox, təkrarlanmasın deyə işlədir.

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qalmaqallı ifadə ilə bağlı tvitter hesabında paylaşım edib.

“Kəlmələr tarixi dəyişdirə bilməz, yenidən yaza bilməz.

Tariximiz haqqında kimsədən dərs alası deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı ən böyük xəyanətdir.

Tək söykənəcəyi populizm olan bu açıqlamanı bütünlüklə rədd edirik”.

Qeyd edək ki, Bayden bu ifadəni işlədən ilk ABŞ prezidentidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib