Dərc edilib: 25-04-2021

https://www.nuh.az/28595-.html

Litvanın XİN rəhbəri Azərbaycana gələcək

25.04.2021 20:54:36

LIVE

25 apreldə Litvanın xarici işlər naziri Qabrielus Landsberqisin Cənubi Qafqaz ölkələrinə səfəri başlayır.

 


“Qafqazinfo” xəbər verir ki. bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazir Ermənistana, Gürcüstana və Azərbaycana səfəri zamanı Litvanın Cənubi Qafqaz dövlətləri ilə əlaqələrinin gələcək inkişafı, Avropa İttifaqı ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yüksək səviyyəli rəsmilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Q.Landsberqis səfər əsnasında bölgə ölkələrindəki islahat proseslərinə dəstəyini ifadə edəcək.

Litva xarici işlər nazirinin Cənubi Qafqaz ölkələrinə səfəri, ilk növbədə "şərq qonşuluğuna" yönəlmiş Litvanın xarici siyasətinin prioritetlərini əks etdirir. Cənubi Qafqazın hər üç dövləti Aİ-nin şərq qonşuları ilə əlaqələrini gücləndirməyə yönəlmiş Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirak edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib