Dərc edilib: 28-04-2021

https://www.nuh.az/28614-.html

Generalın bacısı oğlu həbs edildi...yerinə qudası gəldi

28.04.2021 00:06:26

Kriminal

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev bir neçə gün öncə koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilib.
 unikal.org-un   məlumatına görə, hazırda sözgedən hospitalın baş həkimi vəzifəsini icra etmək Yeganə Abbasovaya həvalə olunub. 
Qeyd edək ki, Y.Abbasova Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin qudası, həbs olunan sabiq baş həkim Ağayev İmran Əli Ağa oğlu isə onun bacısı oğludur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib