Dərc edilib: 01-05-2021

http://www.nuh.az/28640-.html

Tarixin böyük kəşfi: Yerdə həyatın təkamül sirri üzə çıxdı

01.05.2021 00:19:57

LIVE

Arxeoloqlar Şotland dağlıqlarında təxminən milyard illik bir fosil kəşf edib. Tapıntı Yerdəki həyatın təkamülündə "ilkin əlaqə" ola bilər.

Qaynarinfo The Daily Mail-ə istinadla xəbər verir ki, Bicellum Brasieri adlı fosilin iki fərqli hüceyrə tipinə sahib bir orqanizmin bilinən ən erkən nümunəsi olduğuna inanılır. O, həyatın ən ibtidai formalarından mövcud müxtəlifliyə keçidi izah edə bilər.
Tək hüceyrəli prokaryotik orqanizmlər Yer kürəsində təxminən 4 milyard il əvvəl, planetin yeni yaranmdığı dövrdə meydana gəlib. Sonra, 600 milyon il əvvəl atmosferdə oksigen səviyyəsi kəskin şəkildə artıb və bu, növlərin sayında böyük artıma səbəb olub. Lakin ara dövr - Proterozoy erası haqqında az şey məlumdur.
"Biz iki fərqli tip hüceyrədən ibtidai sferik bir orqanizm kəşf etdik ki, bu da kompleks çoxhüceyrəli quruluşa ilk addım olub... Yeni fosilin kəşfi çoxhüceyrəli heyvanların təkamülünün bir milyard il əvvəl baş verdiyini və heyvan təkamülündən əvvəl hadisələrin okeanda deyil, şirin suda meydana gələ biləcəyini göstərir”, - Şeffild Universitetindən araşdırmanın müəllifi Çarlz Vellman deyib.
The billion-year-old fossil was found in the highlands of Scotland by researchers from the University of Sheffield and Boston College

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib