Dərc edilib: 04-05-2021

https://www.nuh.az/28655-.html

Britaniyada insanı uçurdan reaktiv kostyum ŞOK VİDEO

04.05.2021 23:03:14

Region

İngilis dəniz piyadaları bir reaktiv kostyum testi həyata keçirib. 

Qaynarinfo xəbər verir ki, bu haqda video İngiltərənin videokostyum dizayneri olan "Gravity Industries” şirkətinin YouTube kanalında yerləşdirilib. Bildirilir ki, təlimlər uğurlu keçib. "Gravity Jet Suit”in reaktiv kostyumların eniş əməliyyatlarında istifadəsi ehtimalı sınaqdan keçirilib.
"Gravity Industries” dəniz piyadasının helikopterdən istifadə edərək gəmiyə enə biləcəyini, ancaq reaktiv kostyumun bunu daha sürətli etməyə, gəminin istənilən hissəsinə enib sərbəst şəkildə uçmağa imkan verdiyini bildirib.
Xatırladaq ki, "Gravity Industries” 2017-ci ildə britaniyalı Riçard Bravninq tərəfindən yaradılıb. Əvvəllər o, neft sənayesində işləyib və Kral Dəniz Piyadalarının ehtiyatında olub. Bravninq "Gravity Industries” reaktiv kostyumunun prototipini üzərində altı ay çalışdıqdan sonra yaradıb.
"Gravity Team” işə salındıqdan sonra 31 ölkədə 105-dən çox uçuş həyata keçirib, axtarış qurtarma və hərbi əməliyyatlarda əməkdaşlıq edib, ABŞ və İngiltərədə 50-dən çox müştəriyə uçmağı öyrədib və tədricən beynəlxalq yarış seriyalarına yaxınlaşıb.
Kostyumda pilotun qollarına yapışan dörd reaktiv mühərrik və kürəkdə yerləşən başqa bir mühərrik var. Kostyum 440 min dollara başa gəlir, buna görə şirkət əsasən kostyumlarını xilasedicilərə, hərbi və əyləncə sənayesinə kirayəyə verməklə pul qazanır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib