Dərc edilib: 07-05-2021

https://www.nuh.az/28678-.html

Misir fironları yadplanetlilərin hibridi olub? - Alimlər

07.05.2021 11:57:12

LIVE

Yeni genetik tədqiqatlar Misir fironlarının nəslinin texnoloji cəhətdən inkişaf etmiş yerdənkənar bir sivilizasiya tərəfindən qəsdən genetik manipulyasiyaya məruz qaldığını göstərir. 

Qaynarinfo xəbər verri ki, bu haqda Peoplearefree.com saytının araşdırma yazısında deyilir.
Tədqiqatın nəticələri piramida inşaatçılarının kainatın digər yerlərində yaranan canlılarla sıx əlaqəli olmasının əsas dəlili ola bilər.
İsveçrə Universitetinin dosenti Stuart Fleyşman öz komandası ilə birlikdə bu yaxınlarda 9 qədim Misir fironunun genomlarını xəritələşdirən yeddi illik bir araşdırmanın nəticələrini yayımlayıb. Onların nəticələri doğru çıxsa, bu, dünya tarixini dəyişdirə biləcək.
Fleyşman və komandası qədim DNT-nin qiymətli nümunələrini polimer zəncirvari reaksiya (PCR) adlanan prosesdən keçirib. Molekulyar biologiya sahəsində bu texnika tez-tez bir DNT parçasının tək bir nüsxəsini təkrarlamaq və gücləndirmək üçün istifadə olunur, bu da tədqiqatçılara kiminsə genetik izinin dəqiq mənzərəsini verir.
Doqquz nümunədən səkkizi maraqlı, lakin tipik nəticələr verib. Doqquzuncu nümunə, eramızdan əvvəl XIV əsrin sirli fironu və Tutanxamonun atası Exnatona məxsus olub.
Qurudulmuş kiçik beyin toxuması DNT nümunəsinin mənbəyi olub və test sümük toxuması istifadə edilərək təkrarlanıb, ancaq yenə eyni nəticələr əldə edilib.
Göründüyü kimi, Exnatonun genomundakı bu artan fəaliyyət daha böyük bir qabıq yerləşdirmə ehtiyacı səbəbiylə daha yüksək kəllə tutumuna sahib olduğunu göstərir. Bəs insan beyninin böyüməsinə hansı mutasiya səbəb ola bilər? Genetika sahəsində illərdir qazanılan uğurlara baxmayaraq, hələ də belə bir üsul kəşf edilməyib. 3300 illik bu dəlil qədim genetik manipulyasiyaya işarə edə bilərmi? Bu, inkişaf etmiş yerdən kənar varlıqların işi olmasın? Qədim Misir mifologiyası alleqorik nağıllar toplusundan daha tutarlı bir şey deyilmi?
Fleyşman izah edir: "Telomeraz [genetik bir ferment] yalnız iki proses tərəfindən sərf olunur: həddindən artıq yaşlanma və həddindən artıq mutasiya. Genetik və arxeoloji dəlillər, Amenxotep IV/Exnatonun təxminən 45 il yaşadığını göstərir. Bu, xromosomal telomerazın hamısını mənimsəmək üçün kifayət etmir, özündən sonraya əlverişsiz, lakin mümkün bir açıqlama qoyur".
"Bu fərziyyə eyni zamanda bir elektron mikroskopla analizdə güclü mutagenlərə məruz qaldıqdan sonra DNT sarmalının sağalmasının xain əlaməti olan bir nükleotid yara izi aşkar etməsi ilə də dəstəklənir".
Bu, Qədim Misirin ən sirli fironlarından biri olan Exnatonun sağlığında genetik cəhətdən dəyişdirildiyi deməkdirmi? Hər halda, bu açıqlama qədim yadplanetlilərin bir zamanlar Nil sahilində yaşayan bir sivilizasiyanı ziyarət etdikləri nəzəriyyəsini təsdiqləyir.
Digər bir maraqlı dəlil də bu fərziyyəni dəstəkləyir. Aşağıda Exnatonun kəllə sümüyündən və eyni yaşdakı başqa bir mumiyadan götürülmüş mikroskop altında iki fotoşəkil göstərilib.
Sol tərəfdəki sümük toxuması daha sıx və nanoskopik miqyasda kökündən fərqlidir. Kəllə sümüyü gücündəki bu artım beyin inkişafının artdığını göstərə bilərmi?
"Bu, yumşaq desək, həyəcanverici kəşfdir, - Fleyşman mətbuata deyib. - Komandamla mən araşdırma üçün sənədlər təqdim etdik və testlərin dəqiqliyinə əmin olmaq üçün testləri kifayət qədər təkrarladıq və yenidən keçirdik.
"Kəşflərimizin bütün təsirlərinin nə olacağını bilmirəm, amma mütləq inanıram ki, heç olmasa elmi ictimaiyyəti bir neçə on il əvvəl dərhal rədd ediləcək bir istiqamətə yönəltsinlər".
Bu tədqiqat düzgündürsə, görünməmiş bir paradiqma dəyişikliyinə səbəb ola bilər. Yadplanetlilər min illər əvvəl ən güclü şəxslərin həyatında fəal şəkildə iştirak edirdisə, bu, onların qayıdacaqları deməkdirmi? Bəlkə də heç Yerdən heç yerə getməyiblər də?..
Ancaq ən vacib cəhət hələ də əcdadlarının genomlarına yeridilmiş xarici genlərə sahib olan Qədim Misirin krallıq nəslinin birbaşa nəslindən olan fərdlərin varlığı olacaq...

NUH informasiya agentliyi səhifəsindən çap edilib