Dərc edilib: 09-05-2021

http://www.nuh.az/28705-.html

Alimpaşadan şəhid anasına şok təklif: “Gəl səni ərə verim” - Video

09.05.2021 11:17:10

Günün sitatı

Şəmkir rayonun həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədov şəhid anasına ərə getməyi təklif edib.


Yenisabah.az xəbər verir ki, bu barədə şəhid anasının özü məlumat verib. 

Belə ki, şəhid anası A.Məmmədovun qəbulunda olarkən yaşayış şəraiti ilə bağlı şikayətlərini dilə gətirib. Sabiq başçsı isə prblemdən çıxış yolunu qadının ərə getməsində görüb:

“Alimpaşa müəllimin qəbulunda oldum. Dedim evim uçub-dağılır. Mənə dedi ki,neynirsən bu problemləri çəkirsən. Gəl səni ərə verək problemlərin qurtarsın. Mən cavanlıqdan dul qalıb oğul böyütmüşəm, ərə getməmişəm. Oğlumu vətənə qurban vermişəm. İndiyədək ərə getməyən şəhid anasını icra başçısı ərə verir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib