Dərc edilib: 09-05-2021

https://www.nuh.az/28708-.html

Sabah dolu, qar yağacaq

09.05.2021 14:21:20

LIVE

Mayın 10-da gözlənilən hava şəraiti açıqlanıb. 


Milli Hidrometeorologiya Xidmətinin "Qafqazinfo"ya verdiyi məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Mayın 10-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 10-da Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib